Skip to content Skip to footer

EasyFishoil (Uşaqlar üçün Balıq yağı)

30.00 

Categories: , , Məhsul kodu: 26123

MƏHSUL HAQQINDA

EasyFishoil – Uşaqların Ümumi Sağlamlığı Üçün Ən Yaxşı Kombinasiya

EasyFishoil, EFSA (Avropa Qida Təhlükəsizliyi Təşkilatı) tərəfindən tövsiyə edilən miqdarda gündəlik DHA və EPA nisbətini sadəcə bir jelatin tableti ilə qarşılayır. EasyFishoil xüsusi ilə uşaqlar üçün hazırlanmış balıq yağı markasıdır.

 

İstifadə qaydası və dozalanma:

 

3-10 yaş uşaqlar üçün gündə 1 dəfə 1 çeynəmə jelatin tablet.

10 yaşdan böyük uşaqlar üçün gündə 1 dəfə 2 çeynəmə jelatin tablet.

Yeməkdən sonra verilməsi tövsiyə edilir.

Omega-3 insan orqanizmi üçün həyati əhəmiyyətli yağ turşularıdır. Amma bədənimiz onu özü istehsal edə bilmir — biz onu yalnız qidalarla qəbul edə bilərik.

İnsan beyninin 60%-i yağdan ibarətdir. Bu yağların 25%-ə qədəri Omega-3 ün payına düşür.

Omega-3 bədəndə çatışmayanda beyindəki neyronlar arasında əlaqə zəifləyir, öyrənmə qabiliyyəti azalır, diqqət dağınıqlığı, unutqanlıq, uşaqlarda hiperaktivlik halları artır.

Araşdırmalara görə omega-3 azlığı özəlliklə 3–12 yaş arası uşaqlarda nitqin gecikməsi, oxuma-yazmada çətinlik və qavrama problemlərinə səbəb olur. Xüsusilə 3 yaşdan sonra uşaqlarda beyin və sinir sistemi sürətlə inkişaf edir. Bu dövrdə Omega-3 istifadəsi onların zehni və fiziki inkişafına ciddi dəstək verir.

Omega-3 beyin hüceyrələrinin membran quruluşu və hüceyrələrarası siqnal ötürülməsi üçün vacibdir. Çatışmazlıq zamanı:

📌Diqqətini uzun müddət cəmləyə bilməmək

📌Tez yayınma, fokus problemi

📌Oxuduğunu və deyiləni çətin qavrama

📌Yaddaşın zəif olması (tez unutma)

📌Tapşırıqları yavaş öyrənmə

📌Məktəb performansında geriləmə

Bu səbəbdən Omega-3 çatışmazlığı diqqət çatışmazlığı və öyrənmə çətinlikləri ilə tez-tez əlaqələndirilir.

 

🧠 Zehni inkişaf və öyrənmə

  • Diqqətin daha stabil olması — uşaq danışığı və tapşırıqları daha uzun diqqətlə dinləyə bilir

  • Yaddaş və qavrama bacarığının yaxşılaşması — yeni məlumatı daha tez mənimsəmə və yadda saxlama

  • Fokuslanma artımı — dərslərdə və oyunlarda fokus güclənir
    Bu təsirlər Omega-3-ün DHA formasının beyin hüceyrələrinə dəstək rolu ilə əlaqədardır.

📘 Məktəb və gündəlik öyrənmə

  • Oxuma və yazma bacarıqlarını öyrənmə sürətində yaxşılaşma

  • Tapşırıqları anlama və yerinə yetirmədə daha rahatlıq

Bu, uşağın gündəlik təhsil prosesinə daha aktiv və rahat yanaşmasına kömək edir.

👁️ Göz sağlamlığı və ekran vaxtı

  • Ekran qarşısında uzun vaxt keçirən uşaqlarda göz yorğunluğu azala bilər

  • Görmə fokusunun sabit qalması daha asan olur

Omega-3-ün DHA forması retina üçün də faydalı hesab edilir.

🛡️ İmmunitet

  • Tez-tez xəstələnmənin hallarında bir dəstək təsiri

  • Soyuqdəymə və infeksiya mövsümlərində immun cavabın güclənməsi ilə əlaqəli müşahidələr

Bu təsir daha çox D vitaminin dəstəkləyici roluna bağlıdır.

🦴 Sümük və fiziki inkişaf

  • D vitamini uşaqlarda sümük və dişlərin sağlam formalaşmasına kömək edir

  • Fiziki inkişafda balanslı dəstək verir

Patentli ConCordix® texnologiyası ilə balıq yağı mədənin üst qatında toplanmır, homogen şəkildə yayılır. Ağızda pis balıq dadı qalmasına səbəb olan qaz və reflü şikayətlərini yaratmır.

 

EasyFishoil-i unikal edən nədir? 

  • Norveçdə istehsal olunub.
  • Heç bir qoruyucu maddə, donuz yağı və ya əlavələr yoxdur.
  • Uşaqlar üçün balıq yağı
  • Çeynənilə bilən jelatin formasında təqdim olunur; istifadəsi asandır.
  • Tərkibində şəkər yoxdur.
  • Türkiyədə analar arasında aparılan sorğuda hər 10 uşaqdan 9-u EasyFishoil-un dadını bəyənib.

Məhsulun digər bir üstünlüyü çeynənilən jelatin tablet şəklində olmasıdır. Sirop şəklində olan balıq yağları qapağı açıldığı ilk andan oksidləşməyə başlayır, yəni qısa müddətdə istifadə olunmasa, təsiri azalır. EasyFishoil isə çeynənilən jelatin tablet şəklində olduğu üçün hava ilə təmasda olmur, ilk günkü təzəliyini hər dəfə qorumuş olur. Həmçinin meyvə aromalı olduğu üçün uşaqların sevəcəyi bir daddadır.

Məhsul hava, işıq və nəmə qarşı davamlı “Alu-Alu” blister qablaşdırmalarında ayrı-ayrılıqda qablaşdırılır. Çeynənilə bilən jelatin tableti istehlak edilərkən qalan jelatin tabletlər hava ilə təmasda olmur. Beləliklə, məhsul hava, işıq və nəm ilə təmasda olmur və “ilk gün” effektini qoruyub saxlayır.

 

Bioloji Aktiv Qida Məhsuludur. Dərman vasitəsi deyildir

Qeydiyyat nömrəsi: MQ-05-000455

Himmel Group LLC (VÖEN 1007153531)

“Himmel Group” MMC 2021-ci ildə Bakı şəhərində, Azərbaycanda yaradılıb. Şirkətin əsas fəaliyyəti təcrübələr və yeni dövr səhiyyə metodikalarından yararlanaraq ölkəmizə dünya keyfiyyət standartlarına (GMP, ISO, HACCP və s.) cavab verən Bioloji Aktiv Qida Məhsulları, tibbi vasitə və dərman vasitələrinin idxalı və marketinqinin təşkilindən ibarətdir.

Himmel Group LLC© 2026. Bütün hüquqlar qorunur.