“Himmel Group” MMC 2021-ci ildə Bakı şəhərində, Azərbaycanda yaradılıb. Şirkətin əsas fəaliyyəti xələflərindən gələn təcrübələr və yeni dövr səhiyyə metodikalarından yararlanaraq ölkəmizə dünya keyfiyyət standartlarına (GMP, ISO, HACCP və s.) cavab verən Bioloji Aktiv Qida Məhsulları, tibbi vasitə və dərman vasitələrinin idxalı və marketinqinin təşkilindən ibarətdir.
Himmel Group şirkəti idxalçısı olduğu məhsulların təchizatını və marketinqini bütün Respublika ərazisində etik çərçivələrdə həyata keçirməkdədir. Məhsullar əsasən Avropa ölkələri, Rusiya və Türkiyə kimi əczaçılıq sahəsində yüksək səviyyədə ixtisaslaşmış ölkələrdən idxal edilir və ölkəmizdə müvafiq qurumlarda (Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Analitik Ekspertiza Mərkəzi) sertifikatlaşdırılır