Skip to content Skip to footer

EasyFishoil (Uşaqlar üçün Balıq yağı)

29.00 

Categories: , , Product ID: 26123

Description

EasyFishoil – Uşaqların Ümumi Sağlamlığı Üçün Ən Yaxşı Kombinasiya

EasyFishoil, EFSA (Avropa Qida Təhlükəsizliyi Təşkilatı) tərəfindən tövsiyə edilən miqdarda gündəlik DHA və EPA nisbətini sadəcə bir jelatin tableti ilə qarşılayır.

 

İstifadə qaydası və dozalanma:

3 yaş və yuxarı uşaqlar üçün gündə 1-2 jelatin tablet istifadə edilməsi tövsiyə olunur.

Omega-3 insan orqanizmi üçün həyati əhəmiyyətli yağ turşularıdır. Amma bədənimiz onu özü istehsal edə bilmir — biz onu yalnız qidalarla qəbul edə bilərik.

Xüsusilə 3 yaşdan sonra uşaqlarda beyin və sinir sistemi sürətlə inkişaf edir. Bu dövrdə Omega-3 istifadəsi onların zehni və fiziki inkişafına ciddi dəstək verir. EasyFishoil xüsusi ilə uşaqlar üçün hazırlanmış balıq yağı markasıdır.

Bəs Omega-3 və D vitamini azlığı uşaqlarda necə özünü göstərir?

📌 Dəyişkən əhval
📌 Hiperaktivlik və diqqət dağınıqlığı
📌 Yaddaş zəifliyi, öyrənmə çətinliyi
📌 İmmunitetin zəifləməsi
📌 İştahsızlıq, halsızlıq
📌 Görmə zəifliyi

 

İstifadə üzrə göstərişlər:

  • Uşaqlarda beyin funksiyalarını və öyrənmə qabiliyyətini dəstəkləyir;
  • Diqqət çatışmazlığı və qavrama zəifliyi hallarında;
  • Davranış pozuntuları (Hiperaktiv, diqqət yayınıqlığı) zamanı;
  • Göz sağlamlığını qorumaq üçün (xüsusilə ekran qarşısında çox vaxt keçirən uşaqlarda);
  • Tez-tez xəstələnən uşaqlarda (immunitet zəifliyi), xüsusən soyuqdəymə və qripə meyilli olanlarda;
  • Sümük zəifliyi və ya D vitamini çatışmazlığı olan uşaqlarda;
  • Ailədə ürək-damar problemləri olan uşaqların profilaktik dəstəyi üçün.

 

Patentli ConCordix® texnologiyası ilə balıq yağı mədənin üst qatında toplanmır, homogen şəkildə yayılır. Ağızda pis balıq dadı qalmasına səbəb olan qaz və reflü şikayətlərini yaratmır.

 

EasyFishoil-i unikal edən nədir? 

  • Norveçdə istehsal olunub.
  • Heç bir qoruyucu maddə, donuz yağı və ya əlavələr yoxdur.
  • Uşaqlar üçün balıq yağı
  • Çeynənilə bilən jelatin formasında təqdim olunur; istifadəsi asandır və susuz qəbul edilə bilər.
  • Tərkibində şəkər yoxdur.
  • Türkiyədə analar arasında aparılan sorğuda hər 10 uşaqdan 9-u EasyFishoil-un dadını bəyənib.

 

Məhsul hava, işıq və nəmə qarşı davamlı “Alu-Alu” blister qablaşdırmalarında ayrı-ayrılıqda qablaşdırılır. Çeynənilə bilən jelatin tableti istehlak edilərkən qalan jelatin tabletlər hava ilə təmasda olmur. Beləliklə, məhsul hava, işıq və nəm ilə təmasda olmur və “ilk gün” effektini qoruyub saxlayır.

 

Bioloji Aktiv Qida Məhsuludur. Dərman vasitəsi deyildir

Qeydiyyat nömrəsi: MQ-05-000455

Himmel Group LLC (VÖEN 1007153531)

“Himmel Group” MMC 2021-ci ildə Bakı şəhərində, Azərbaycanda yaradılıb. Şirkətin əsas fəaliyyəti təcrübələr və yeni dövr səhiyyə metodikalarından yararlanaraq ölkəmizə dünya keyfiyyət standartlarına (GMP, ISO, HACCP və s.) cavab verən Bioloji Aktiv Qida Məhsulları, tibbi vasitə və dərman vasitələrinin idxalı və marketinqinin təşkilindən ibarətdir.

Himmel Group LLC© 2025. Bütün hüquqlar qorunur.