Description
10 ildən artıqdır ki, Avropa bazarında satılan “Oto Perfect® Aqua Acida” qulaq spreyi laborator tədqiqatlardan keçərək uzun illərdir ki, ən yüksək səviyyədə müştərilərə təqdim olunur.
Oto Perfect® Aqua Acid qulaq spreyi: Acetic Acid (sirkə turşusu), izopropil spirt və Dexpanthenol tərkibi ilə qulaq infeksiyalarının qarşısını almaq, qulaq kanallarını təmizləmək və qıcıqlanmanı azaltmaq üçün istifadə olunur. Hər bir komponent müxtəlif yollarla qulaq sağlamlığını dəstəkləyir. Xüsusilə üzgüçülər, tez-tez su ilə təmasda olan və qulaq infeksiyası riski olan insanlar üçün təsirli bir həlldir.
Acetic Acid (Sirkə turşusu) – Antibakterial və Antifungal: Acetic acid qulaq kanalında bakteriya və göbələklərin böyüməsinin qarşısını alır. Qulaq infeksiyalarının, xüsusən də otitis externa (xarici otit) kimi xarici qulaq infeksiyalarının qarşısını almaq və ya müalicə etmək üçün istifadə olunur.
Isopropyl Alcohol (İzopropil Spirt) – Qurutma effekti: İzopropil spirti qulaq kanalındakı artıq nəmi qurudur. Su ilə təmasdan sonra (üzgüçülük və ya duş qəbulu) qulaq kanalında qalan nəmi aradan qaldıraraq bakteriya və göbələk böyüməsinin qarşısını alır.
Dexpanthenol – Nəmləndirici və Müalicəvi: Dexpanthenol dəri baryerini gücləndirir, qulaq kanalının dərisini nəmləndirir və qıcıqlanmanı azaldır. Həmçinin dərinin sağalma prosesini sürətləndirərək qıcıqlanmış və ya zədələnmiş qulaq kanalının bərpasına kömək edir.
Nə vaxt istifadə etməli?
- Qulaq infeksiyalarının qarşısının alınması və ya müalicəsi (Otitis Externa):
Qulaq kanalında infeksiyalar (xüsusilə xarici otit) qulaq kanalında bakterial və ya göbələk böyüməsi səbəbindən baş verə bilər. Sirkə turşusu bakteriya və göbələklərin böyüməsinin qarşısını alır və mövcud infeksiyanı müalicə edir. Qulaqda infeksiya əlamətləri (qaşınma, ağrı, axıntı) olduqda istifadə edilir.
- Üzgüçülükdən və ya su ilə təmasdan sonra (Üzgüçü qulağı riski):
Üzgüçülük və ya duş qəbul etdikdən sonra qulaq kanalında su qala bilər və belə mühitdə bakteriya və ya göbələklər sürətlə inkişaf edir. İzopropil spirti suyu buxarlayaraq qulağı qurudur, sirkə turşusu isə bakterial infeksiyaların qarşısını alır. Üzgüçülük, dəniz, hovuz, duş və ya su idmanlarından sonra istifadə edərək, “xarici otit” riskini azalda bilərsiniz.
- Qulaq kanallarının təmizlənməsi və nəmləndirilməsi:
Dexpanthenol qulaq kanalında qıcıqlanmanı aradan qaldırmaq və quruluğu və ya qaşınmanı aradan qaldırmaq üçün dərini nəmləndirir və bərpa edir. Qulaqda quruluq, qaşıntı və ya qıcıqlanma olduqda istifadə edilir. Qulaq quruluğu, qaşıntı və ya qıcıqlanma olduqda istifadə edilir.
- Qulaq kanalının həddindən artıq nəmdən qorunması:
Rütubətli mühitlərdə (məsələn: üzgüçülər, idmançılar) və ya daim su ilə təmasda olan insanlarda qulaq infeksiyası riski artır. Oto Perfect® Aqua Acid spreyi qulaq kanalında nəmliyi azaldır və infeksiya riskini azaldır. Müntəzəm su ilə təmasda olan insanlar tərəfindən profilaktik olaraq istifadə edilə bilər.
İstifadə göstərişləri:
- Qulaq gigiyenasını qorumaq üçün
- Xarici qulaq kanalının bakterial, göbələk mənşəli və infeksiyaların müalicəsi üçün (otitis externa (xarici otit) – “üzgüçü qulağı”, otomikoz)
- Qulaq kanalına su yığılması (üzgüçülük, duş qəbulu, rütubətli yerdə qalma, su əsaslı qulaq təmizləyicilərindən qeyri-adekvat istifadə zamanı) halında
Əks göstərişlər:
- Qulaq pərdəsində yırtıq və ya qulaq pərdəsinin olmaması halında
- Qulaq kanalının zədələnməsi zamanı
- Məhsulun hər hansı inqrediyentinə qarşı yüksək həssaslıq halında
- Üç yaşdan kiçik uşaqlarda
İstifadə qaydası:
İlk istifadədən əvvəl məhlul görsənənə qədər spreyi bir neçə dəfə püskürdün. Spreyin flakonunu əlinizin içində qızdırın (1 dəqiqə). Başınızı yan tərəfə əyib spreyi qulağınıza yaxınlaşdıraraq 1 püskürtmə edin. Başınızı əyili vəziyyətdə saxlıyaraq 5 dəqiqə gözləyin. Sonra başınızı düzəldərək məhlulun qulağınızdan boşaldılmasına icazə verin və qulağı yumşaq bir şəkildə silin. Uşaqlarda qulağı yumşaq bir şəkildə geri çəkin, sonra spreyi püskürdün.
- Xarici qulaq kanalı infeksiyaları (“üzgüçü qulağı” və ya qulaqda su yığılması) zamanı gündə 3 dəfə 1 püskürtmə (böyüklərdə lazım olduqda daha çox)
- Xarici qulaq kanalında infeksiyaların və suyun yığılmasının qarşısını almaq üçün həftədə 2-3 dəfə 1 püskürtmə
Oto Perfect aqua Acid qulaq spreyindən istifadənin üstünlükləri:
- Sprey formasında olması səbəbindən məhsul ayaq üstə və ya oturmuş vəziyyətdə istifadə oluna bilər ki, bu da rahat istifadə etməyə imkan verir.
- Sprey qulaq kanalına bərabər şəkildə yayılır.
- İstifadədən sonra qulaqları yaxalamağa ehtiyac yoxdur.
Ehtiyat tədbirləri: Sprey bəzi insanlarda xarici qulaq kanalında keçici bir yanma, qaşınma və ya dərinin qızartı hissi şəklində yüngül qıcıqlanmasına səbəb ola bilər. Spreyə allergik reaksiya və ya ağrı olduqda istifadəni dayandırın və həkimə müraciət edin.
Saxlanma şəraiti: Spreyi qablaşdırmasında, quru və qaranlıq yerdə, 25°C-yə qədər temperaturda saxlayın. Şüşəni dik vəziyyətdə, uşaqların əli çatmayan yerdə saxlayın.
Yararlılıq müddəti: 3 il. Flakon açıldıqdan sonra spreyi 30 gün ərzində istifadə edin.
Buraxılış və qablaşma forması: 30 ml sprey flakonunda məhlul (təxminən 220 doza), istifadə təlimat ilə birgə karton qutu qablaşmada.