Skip to content Skip to footer

Oto Perfect® Aqua Clean (Qulaq spreyi)

10.90 

Categories: , Product ID: 26041

Description

10 ildən artıqdır ki, Avropa bazarında satılan “Oto Perfect® Aqua Clean” qulaq spreyi laborator tədqiqatlardan keçərək uzun illərdir ki, ən yüksək səviyyədə müştərilərə təqdim olunur.

“Oto Perfect® Aqua Clean” qulaq spreyi: qulaq kanalını təmizləyərək Ph artırmaq, qulaqdakı kiri yumşaldaraq qulaqdan xaric etmək, qulaq tıxanıqlığını və qulaq tutulmasını aradan qaldırmaq, həmçinin qulaq üçün istifadə olunan dərman vasitələrinin effektivliyini artırmaq üçün istifadə olunur.

Qulaq tutulması, qulaqda çirk yığılması, qulaq tıxacı və ağrı kimi problemlər gündəlik həyatda narahatlıq yarada bilər. Qulaq ağrısı və qulaq tıxanıqlığı kimi hallarda, qulaq təmizlənməsi və yuyulması effektiv həll yolları təmin edə bilər. Qulaqdakı çirki təmizləmək həm eşitmə keyfiyyətini artırır, həm də infeksiya riskini azaldır. “Oto Perfect® Aqua Clean qulaq spreyi ilə qulaq sağlamlığınızı qorumağa kömək edir və qulaq yuyulması, təmizlənməsi ilə qulaqda toplanan çirk və tıxacları effektiv şəkildə aradan qaldırır, qulaq kanallarınızı təmiz və sağlam saxlayır.

“Oto Perfect® Aqua Clean” qulaq spreyi aşağıda göstərilən simptomların aradan qaldırılmasına və vaginal bölgənin pH səviyyəsini normallaşdırılmasına kömək edir:

-Qulaq gigiyenasını qorumaq üçün;
-Qulaq kiri normadan daha çox olan insanlar üçün;
-Qulaqda olan çirkin xaric olması üçün;
-Eşitmə cihazları taxan və ya qulaqlıqdan tez-tez istifadə edən insanlar üçün;
-Qulaq üçün dərmanların tətbiqindən dərhal əvvəl qulaqları yaxalamaq üçün;
-Orta otit zamanı.

Tərkibi: 1 ml məhlulda 30 mq stabilləşdirilmiş hidrogen peroksid (2.57 mq hidrogen peroksid 35%) var.

Spreyin istifadəsi zamanı qulaq kanalının dərisi ilə təmasda olan hidrogen peroksid oksigen yaranmasına səbəb olur, bu da fışıldayaraq qulaq çirkini parçalayır (bu, “qulaqda fışıldama” kimi özünü göstərir və preparatın effektivliyinin göstəricisidir). Bundan əlavə, hidrogen peroksiddən sərbəst buraxılaraq yeni yaranan oksigen xarici qulaq infeksiyalarının qarşısının alınmasına kömək edərək antiseptik təsir göstərir.

İstifadə qaydası və dozası:

İlk istifadədən əvvəl məhlul görsənənə qədər spreyi bir neçə dəfə püskürdün. Spreyin flakonunu əlinizin içində qızdırın (1 dəqiqə). Başınızı yan tərəfə əyib spreyi qulağınıza yaxınlaşdıraraq 1 püskürtmə edin. Başınızı əyili vəziyyətdə saxlayaraq 5 dəqiqə gözləyin. Sonra başınızı düzəldərək məhlulun qulağınızdan boşaldılmasına icazə verin və qulağı yumşaq bir şəkildə silin. Uşaqlarda qulağı yumşaq bir şəkildə geri çəkin, sonra spreyi püskürdün.
-Qulaq gigiyenasını qorumaq üçün, yəni xarici qulaq kanalında çirkin yığılmasının qarşısını almaq üçün həftədə 2-3 dəfə sprey istifadə edin.
-Eşitmə cihazlarından istifadə edən insanlar proseduru daha tez-tez təkrarlaya bilərlər (həftədə bir neçə dəfə).
-Qulaq tıxanıqlığı əmələ gəldikdə, spreydən bir doz püskürtmə edin (böyüklərdə lazım olduqda daha çox) və başı əyilmiş vəziyyətdə saxlayaraq 10 dəqiqə spreyin təsir göstərməsini gözləyin. Lazım gələrsə təkrarlayın.

Əks göstərişləri:

-Qulaq pərdəsində yırtıq və ya qulaq pərdəsinin olmaması halında;
-Qulaq kanalının zədələnməsi zamanı;
-Hidrogen peroksidə və ya məhsulun hər hansı inqrediyentinə qarşı yüksək həssaslıq halında;
-Qulaqda yad cismin olması halında;
-Əməliyyatdan əvvəl və sonra;
-Üç yaşdan kiçik uşaqlarda;
-Daxilə qəbul edilməsi halında.

Buraxılış və qablaşdırma forması: 30 ml sprey (təxminən 220 doza),  flakonda məhlul, karton qutu qablaşmada.

Gigiyenik Sertifikat: AZ031RSK11237

Himmel Group LLC (VÖEN 1007153531)

“Himmel Group” MMC 2021-ci ildə Bakı şəhərində, Azərbaycanda yaradılıb. Şirkətin əsas fəaliyyəti təcrübələr və yeni dövr səhiyyə metodikalarından yararlanaraq ölkəmizə dünya keyfiyyət standartlarına (GMP, ISO, HACCP və s.) cavab verən Bioloji Aktiv Qida Məhsulları, tibbi vasitə və dərman vasitələrinin idxalı və marketinqinin təşkilindən ibarətdir.

Himmel Group LLC© 2025. Bütün hüquqlar qorunur.