Skip to content Skip to footer

Sinusol® Ectoin

17.90 

Categories: , Product ID: 26057

Description

10 ildən artıqdır ki, Avropa bazarında satılan “Sinusol® Ectoine” burun spreyi laborator tədqiqatlardan keçərək uzun illərdir ki, ən yüksək səviyyədə müştərilərə təqdim olunur.

Sinusol® Ectoine dəniz duzunun izotonik məhlulu və ectoine ilə birgə kombinə olunmuş burun spreyidir.

Sinusol® Ectoine burunun selikli qişasını qorumaq, nəmləndirmək və qıcıqlanmanı azaltmaq üçün istifadə edilən burun spreyidir. Ectoine təbii olaraq bakteriyalarda olan və hüceyrələri qorumaq və sabitləşdirmək qabiliyyətinə malik olan bir molekuldur. Bu xüsusiyyətlərinə görə xüsusən də allergiya və qıcıqlanma ilə əlaqəli iltihablar zamanı istifadə olunur.

Ectoine təbii tərkib olduğundan, ümumiyyətlə təhlükəsizdir və yan təsirləri azdır. Tərkibində kortikosteroidlər və ya digər tərkiblər olmadığı üçün uzunmüddətli istifadə üçün təhlükəsizdir. Burunun selikli qişasına nəmləndirici təsir göstərir və ətraf mühitin qıcıqlandırıcılarından qoruyur. Ectoine burunun selikli qişasının iltihabını və qıcıqlanmasını aradan qaldırır. Bir növün allergik rinitin təbii yolla müalicəsinə kömək edir.

 

Sinusol® Ectoine burun spreyinin istifadəsi aşağdakı hallarda olur:

  1. Allergik rinitin müalicəsi və qarşısının alınması:

Ektoin burun selikli qişasında qoruyucu təbəqə yaradaraq allergenlərə qarşı maneə yaradır. Bu yolla, tozlanma, toz və heyvan tükü kimi allergenlərin burun selikli qişası ilə təmasını azaldır və allergik reaksiyaların şiddətini (asqırma, burun axması, tıxanma) azaldır. Əsasən allergiya mövsümlərində (məsələn, yaz və payızda polen mövsümü) və ya yüksək alerjenə məruz qalan mühitlərdə müntəzəm olaraq istifadə edilən allergiya üçün spreyidir.

  1. Qıcıqlanma və quruluğun aradan qaldırılması:

Burunun selikli qişası quru hava, kondisionerli mühit, soyuq hava və ya kimyəvi maddələrə məruz qaldıqda qıcıqlana və quruya bilər. Sinusol® Ectoine burun spreyi burunun selikli qişasını nəmləndirərək quruluğu və qıcıqlanmanı aradan qaldırır. Xüsusilə qış aylarında və ya kondisionerli mühitlərdə quruluğun sıx olduğu zaman istifadə edilir.

  1. Burunun selikli qişasının iltihabı zamanı:

Ectoine antiiltihab xüsusiyyətlərə malikdir və iltihablı şəraitdə burunun selikli qişasını yaxşılaşdırmağa kömək edir. Xroniki rinit, sinusit və ya burun əməliyyatından sonra iltihabın aradan qaldırılmasında xüsusilə faydalıdır. İltihabi xəstəliklər və ya burunun selikli qişasının qıcıqlanması hallarında istifadə edilir.

  1. Quru burun və qabıqların müalicəsi zamanı:

Ectoine burunun selikli qişasında nəmləndirici təsiri ilə burundakı quruluğu və qabığı azaldır. Bu, uzun müddətli burun tıxanıqlığı və ya infeksiyadan sonra inkişaf edən selikli qişa quruluğunu aradan qaldırmaq üçün xüsusilə faydalıdır. Burunda quruluq hiss edildikdə və ya qabıqlanma hallarında istifadə edilir.

  1. Qoruyucu və dəstəkləyici istifadə:

Ectoine burunun selikli qişasının təbii qoruyucu mexanizmlərini dəstəkləyir. Xüsusilə tez-tez hava dəyişikliyi, soyuq fəsillər və ya çirkli havaya məruz qalma zamanı burunun selikli qişasını xarici amillərdən qorumaq üçün istifadə edilir. Qoruyucu məqsədlər üçün və ya ətraf mühit amillərinə məruz qaldıqda müntəzəm olaraq istifadə edilə bilər.

 

Göstərişlər:

  • Allergik rinit (asqırma, burun tutulması, burun axıntısı, burun və gözlərdə qaşınma və qızartı, sulu göz) qarşısının alınması və aradan qaldırılması üçün;
  • Burunun selikli qişasının qurumasının və qıcıqlanmasının qarşısını almaq üçün burun kortikosteroidlərinin tətbiqi zamanı;
  • Xroniki rinit və sinuist zamanı burunun selikli qişasının iltihapının aradan qaldırılması;
  • Burun əməliyyatından sonra iltihabın aradan qaldırılmasında və burunun selikli qişasının qıcıqlanması qarşısının alınması;
  • Burunun selikli qişasının təbii yolla qorunması üçün;
  • Səyahət zamanı, mərkəzi istilik və ya kondisionerli otaqlarda qaldıqda burun boşluğunun quruması zamanı.

Əks göstərişlər və xəbərdarlıqlar:

Məhsulun tərkibində olan hər hansı maddəyə qarşı fərdi həssaslıq. Nadir hallarda, həssas insanlarda allergik reaksiyalar baş verə bilər. Reaksiyalar mülayimdir və bir qayda olaraq preparatın istifadəsini dayandırdıqdan sonra yox olur. Hamiləlik və laktasiya dövründə istifadə zamanı məhsulun heç bir yan təsiri qeydə alınmamışdır.

  • Daxilə qəbul etməyin;
  • Uşaqlar böyüklərin nəzarəti olmadan istifadə etməməlidir;
  • Gigiyenik səbəblərə görə, hər bir şəxsin öz flakonu olmalıdır (virus və bakteriyaların bir şəxsdən digər şəxsə keçməməsi üçün).

 

İstifadə qaydası:

Böyüklər və bir yaşdan yuxarı uşaqlar: Gündə bir neçə dəfə hər burun dəliyinə 1-2 püskürtmə.

Bir yaşa qədər uşaqlar: Gündə bir neçə dəfə hər burun dəliyinə 1 püskürtmə.

Məhsulun içindəki mexaniki sprey pompası sayəsində məhlul çox kiçik damcılar şəklində yayılır və məhlulun burun dəliyindən homojen paylanmasına şərait yaradır.

  • Birinci istifadədən əvvəl qoruyucu halqanı pulvezatorun altından çıxarın;
  • Flakonu şaquli vəziyyətdə tutun;
  • Qoruyucu qapağı çıxarın və ilk sprey görünənə qədər nasosu bir neçə dəfə basın;
  • Eyni zamanda flakonu şaquli tutun. Başınızı arxaya söykəmədən püskürdün;
  • Püskürtmə zamanı burunla yüngül nəfəs alın;
  • İstifadədən sonra nasosun ucluğunu salfet ilə təmizləyərək qoruyucu qapağı ucluğa taxmaq lazımdır.

Saxlanma şəraiti:

Sinusol® Ectoin spreyini öz qablaşdırmasında 25°C-dən aşağı temperaturda, quru, rütubətsiz, birbaşa gün şüaları düşməyən və Uşaqların əli çatmayan yerdə saxlayın. Şüşə dik vəziyyətdə, bağlı halda saxlanılmalıdır.

Yararlılıq müddəti: 3 il, Flakon açıldıqdan sonra məhsulun 6 həftə ərzində istifadə edilməsi tövsiyə olunur.

Buraxılış forması: 50ml-lik flakonda məhlul, burun üçün nasos dozator və istifadə təlimatı ilə birgə, karton qutu qablaşmada.

Gigiyenik Sertifikat: AZ031RSK17665

Himmel Group LLC (VÖEN 1007153531)

“Himmel Group” MMC 2021-ci ildə Bakı şəhərində, Azərbaycanda yaradılıb. Şirkətin əsas fəaliyyəti təcrübələr və yeni dövr səhiyyə metodikalarından yararlanaraq ölkəmizə dünya keyfiyyət standartlarına (GMP, ISO, HACCP və s.) cavab verən Bioloji Aktiv Qida Məhsulları, tibbi vasitə və dərman vasitələrinin idxalı və marketinqinin təşkilindən ibarətdir.

Himmel Group LLC© 2025. Bütün hüquqlar qorunur.