Skip to content Skip to footer

Sinusol® Panthenol

18.90 

Categories: , Product ID: 26062

Description

10 ildən artıqdır ki, Avropa bazarında satılan “Sinusol® Panthenol” burun spreyi laborator tədqiqatlardan keçərək uzun illərdir ki, ən yüksək səviyyədə müştərilərə təqdim olunur.

Sinusol® Panthenol burun spreyi Dexpanthenol ilə zənginləşdirilmiş izotonik dəniz duzu məhluludur.

Tərkibində İzotonik dəniz duzu və Dexpanthenol olan Sinusol® Panthenol burun spreyi burunun selikli qişasını nəmləndirmək, qıcıqlanmasını aradan qaldırmaq, bərpa etmək və sağalmasını sürətləndirmək üçün istifadə olunur. Dekspantenol vitamin B5-in sələfi olan və dərinin və selikli qişanın bərpasını və hüceyrə bərpasını dəstəkləyən birləşmədir. Xüsusilə quru və ya qıcıqlanmış burun toxumalarına rahatlıq verir və burun əməliyyatlarından sonra toxumaların bərpasına kömək edir.

Sinusol® Panthenol Burun spreyinin istifadə sahələri:

  1. Burunun selikli qişasının nəmləndirilməsi və təmizlənməsi:   

İzotonik dəniz suyu təbii olaraq burunun selikli qişasını nəmləndirir və selik, allergen və toz kimi maddələrin təmizlənməsinə kömək edir. Dexpanthenol burunun selikli qişasını bərpa edir və onun nəm səviyyəsini saxlayır. Quru hava, kondisioner, tozlu mühit və ya soyuq hava kimi amillər burunun selikli qişasını quruda bilər. Tərkibində Dexpanthenol olan Sinusol® Panthenol burunun selikli qişasını nəmləndirərək quruluğun qarşısını alır və burnun içini sağlam saxlamağa kömək edir.

  1. Burun əməliyyatı sonrası qulluq:

Rinoplastika, septoplastika və ya digər burun əməliyyatı sonrası burun toxumaları həssas olur. İzotonik dəniz suyu burun keçidlərini təmiz saxlayır, dekspantenol isə əməliyyatdan sonra toxumaların sağalmasını dəstəkləyərək burundaxili toxumaların sürətli bərpasına kömək edir.

  1. Soyuqdəymə və Sinusit zamanı dəstək:

Soyuqdəymə və sinusit zamanı burun tutulması, quruluq və qabıqlanma kimi problemlər yarana bilər. İzotonik dəniz suyu burunun içini təmizlədiyi halda, dekspantenol iltihabı aradan qaldırır və sağalma prosesini sürətləndirir. Həmçinin uşaqların qrip və soyuqdəyməsi zamanı istifadə edilə bilər.

  1. Burun quruluğunun və burun daxili qabıqlanmanın müalicəsi:

Dekspantenol burundakı quruluğu aradan qaldırır, izotonik dəniz suyu isə qabıqlanmanın qarşısını alır və burunun içini yumşaq bir şəkildə təmizləyir. Xüsusilə uzun müddətli burun tıxanıqlığı və tənəffüs çətinliyi olan xəstələrdə təsirli olur.

 

Göstərişlər:

  • Gündəlik burun gigiyenası üçün;
  • Zədələnmiş selikli qişanın epitelizasiyasını təmin etmək üçün (vazokonstriktorların istifadəsindən sonra);
  • Burun əməliyyatından sonra selikli qişanın epitelizasiyasını təmin etmək üçün;
  • Tənəffüs yollarının tıxanması zamanı, virus mənşəli soyuqdəymələrdə və allergik asqırmalarda;
  • Normal fizioloji funksiyası pozulmuş selikli qişanın quruması və qıcıqlanması zamanı;
  • Səyahət zamanı, mərkəzi istilik və ya kondisionerli otaqlarda qaldıqda burun boşluğunun quruması zamanı;
  • Salfetlərin tez-tez istifadəsi səbəbindən burun ətrafındakı dərinin qıcıqlanması zamanı;
  • Pirsinqdən sonra.

İstifadə qaydası:

Böyüklər və bir yaşdan yuxarı uşaqlar: Gündə bir neçə dəfə hər burun dəliyinə 1-2 püskürtmə (ehtiyac olduqda).

Bir yaşa qədər uşaqlar: Gündə bir neçə dəfə hər burun dəliyinə 1 püskürtmə (ehtiyac olduqda).

Məhsulun içindəki mexaniki sprey pompası sayəsində məhlul çox kiçik damcılar şəklində yayılır və məhlulun burun dəliyindən homojen paylanmasına şərait yaradır.

  • Birinci istifadədən əvvəl qoruyucu halqanı pulvezatorun altından çıxarın;
  • Flakonu şaquli vəziyyətdə tutun;
  • Qoruyucu qapağı çıxarın və ilk sprey görünənə qədər spreyi bir neçə dəfə sıxın;
  • Eyni zamanda flakonu şaquli tutun. Başınızı arxaya söykəmədən püskürdün;
  • Püskürtmə zamanı burunla yüngül nəfəs alın;
  • İstifadədən sonra spreyin ucluğunu salfet ilə təmizləyərək qoruyucu qapağı taxmaq lazımdır.

Sinusol® Panthenol burun spreyi yaxşı tolerantlığa malikdir (burunun selikli qişasını qıcıqlandırmır və sancmır, hətta iltihab zamanı və xüsusi həssas olduqda belə). Spreyin tövsiyə olunan istifadə müddətində heç bir yan təsiri olmur. Məhsuldan istifadə zamanı heç bir ehtiyat tədbirinin gözlənilməsinə ehtiyac olmur. Sinusol® Panthenol burun spreyi həm uşaqlar, həm də böyüklərin istifadəsi üçün uyğundur. Hamiləlik və laktasiya dövründə istifadə zamanı məhsulun heç bir yan təsiri qeydə alınmamışdır.

Saxlanma şəraiti:

Sinusol® Panthenol spreyini öz qablaşdırmasında 25°C-dən aşağı temperaturda, quru, rütubətsiz, birbaşa gün şüaları düşməyən və Uşaqların əli çatmayan yerdə saxlayın. Şüşə dik vəziyyətdə, bağlı halda saxlanılmalıdır.

Yararlılıq müddəti: 3 il, Flakon açıldıqdan sonra məhsul 6 həftə ərzində istifadə edilməsi tövsiyə olunur.

Buraxılış forması: 50ml-lik flakonda məhlul, burun üçün nasos dozator və istifadə təlimatı ilə birgə, karton qutu qablaşmada.

Gigiyenik sertikat: AZ031RSK17666

Himmel Group LLC (VÖEN 1007153531)

“Himmel Group” MMC 2021-ci ildə Bakı şəhərində, Azərbaycanda yaradılıb. Şirkətin əsas fəaliyyəti təcrübələr və yeni dövr səhiyyə metodikalarından yararlanaraq ölkəmizə dünya keyfiyyət standartlarına (GMP, ISO, HACCP və s.) cavab verən Bioloji Aktiv Qida Məhsulları, tibbi vasitə və dərman vasitələrinin idxalı və marketinqinin təşkilindən ibarətdir.

Himmel Group LLC© 2025. Bütün hüquqlar qorunur.