Description
10 ildən artıq Avropa bazarında satılan Sinusol®Majoran burun spreyi, uzun illər labarator tədqiqatlardan keçərək ən yüksək səviyyədə müştərilərə təqdim olunur.
Sinusol®Majoran burun spreyi Haymorit (qaymorit), Qrip, Soyuqdəymə və Gündəlik gigiyena zamanı yüksək effektə malikdir. Kəskin haymorit (qaymorit) zamanı xəstəliyin müalicəsində tam effektiv təsir göstərir. Xroniki haymorit (qaymorit) zamanı isə ağrıları azaldır, yığılmış çirki təmizləyir və nəfəs almanı asanlaşdırır.
Tərkibi:
- Dəniz duzunun hipertonik məhlulu (2,3%) – Burun yollarının təbii yolla təmizlənməsinə kömək edərək burunla düzgün tənəffüsü və tənəffüs yollarının keçiriciliyini bərpa edir. Burun hissəsində qıcıqlanma, qaşınma, öskürək, burun axması, sinusit, üz, göz və qulaq ətrafı ağrılar, çətin nəfəs alma və yuxu pozğunluğu kimi simptomları yüngülləşdirir.
- Qaraqınıq (lat. Origanum majorana) – Qaraqınıq bitkisi 3% efir yağı, zənginləşmiş flavanoid, polisaxarid və titerpenlərdən ibarət olub antiseptik, antibiotik, spazmolitik və iltihab əleyhinə təsir göstərən vasitədir. Yuxarı tənəffüs yollarında infeksiya yarada biləcək zərərli mikroorqanizmləri məhv edir, tənəffüs yollarında keçiriciliyi yaxşılaşdırır və iltihab əleyhinə təsir göstərir.
- Reyhan (lat. Ocimum basilicum) – Tərkibi bakteriya, göbələk və virusları məhv edən yüksək miqdarda linalul və euqenol olan efir yağlarından ibarətdir. Bu da sinusitlərdə infeksiya yaradan seliyin və mikroorqanizmlərin məhv edilməsi və ağrının azaldılması üçün çox vacibdir.
- N–asetilsistein (NAC) – iltihablaşmış tənəffüs orqanlarında yaranmış aralıq məhsullar və sərbəst radikalların sufhidril qrupları ilə reaksiyaya girərək onları neytrallaşdırmaqla güclü pnevmoprotektor və antioksidant təsir göstərir. Hava keçidlərdəki selikləri yumşaldan bir antioksidan və ifrazatçı kimi çıxış edǝrǝk tənəffüs vəziyyətinin yaxşılaşdırır. Bunun sayəsində də sinusitlərdə və burunda yaranan seliyi xaric edərək sinusitlərin xroniki iltihabında ağrı yaranmasına imkan vermir.
- Propolis – təbii məhsul olaraq öz tərkibi sayəsində müxtəlif mikroorqanizmlərin hücumlarının qarşısını alır. Əsasən flavanoidlər, fenol və terpenlərdən ibarət olan 150–dən çox birləşmələrdən ibarətdir. Bunların sayəsində Propolis güclü antibakterial, antivirus, göbələk əleyhinə, immunomodulyator və antioksidant təsir göstərir.
Sinusol®Majoran qarmarit üçün sprey burunda yığılmış çirki və ifrazatı təmizləyər.
Göstərişlər:
- Burun boşluğunun, burunətrafı ciblərin, burun–udlağın kəskin və xroniki iltihabı xəstəlikləri (kəskin virus infeksiyası, sinusit (haymorit), qrip, zökəm və s.); Kəskin Sinusitin (Haymoritin) müalicəsində;
- Sinusətrafı (Xroniki Haymorit zamanı), üz, göz, qulaq ətrafı ağrılar və təzyiqlərlə müşayət olunan sinusitlərdə (Haymoritdə);
- Burun boşluğunun gündəlik gigiyenasında;
- Burundan bakteriya, virus və göbələyin xaric edilməsi;
- Burundan seliyin xaric olunması və tənəffüsün bərpa olunması;
- Burunun selikli qişasının şişkinliyini azaldır;
- Burunda ödemin azaldılmasında.

