MƏHSUL HAQQINDA
Avropa bazarında satılan Fixsin® burun və sinus yuma dəsti ən yüksək səviyyədə müştərilərə təqdim olunur.
100% Sodium Chloride Ph. Eur. (Avropa Farmakopeyası)
Fixsin® yuma dəsti 100% Natrium Xlorid ilə zənginləşdirilmiş izotonik dəniz duzu məhluludur.
Tərkibində İzotonik dəniz duzu olan Fixsin yuma dəsti Mukosiliar transportu aktivləşdirir. Burun epiteli hüceyrələrinin sirkulyasiyasını yaxşılaşdırır və mukozanın təmizlənməsini sürətləndirir. Burun boşluğunu selikdən, allergen və mikroorqanizmlərdən təmizləyir. Selikli qişanın nəmlənməsini və funksional vəziyyətini bərpa edir. Burun tıxanıqlığını azaldır, nəfəs almanı asanlaşdırır. Sinusların drenajını yaxşılaşdıraraq iltihab riskini azaldır. Xüsusilə quru və ya qıcıqlanmış burun toxumalarına rahatlıq verir və burun əməliyyatlarından sonra toxumaların bərpasına kömək edir.
Fixsin® yuma dəstinin istifadə sahələri:
- Əməliyyatdan sonrakı qulluq: Rinoplastika, septoplastika və ya digər burun əməliyyatlarından sonra burun toxumaları həssas olur. İzotonik dəniz suyu burun keçidlərini təmiz saxlayır və toxumaların sağalmasını dəstəkləyərək burundaxili toxumaların sürətli bərpasına kömək edir.
- Rinit və rinosinusitlərdə:
- Allergik rinit – allergenlərin (toz, polen, heyvan tükləri və s.) mexaniki təmizlənməsi.
- Kəskin rinit (zökəm) – virus mənşəli soyuqdəymə zamanı burun tıxanıqlığını və sekresiyanın azalmasına kömək edir.
- Xroniki rinosinusit və haymorit – sinusların drenajını yaxşılaşdırır, selik ifrazını azaldır və antibiotik müalicəsini dəstəkləyir.
- Burunun selikli qişasının nəmləndirilməsi və təmizlənməsi: İzotonik dəniz suyu təbii olaraq burun mukozasını nəmləndirir və selik, allergen və toz kimi maddələrin təmizlənməsinə kömək edir. Həmçinin burun mukozasını bərpa edir və onun nəm səviyyəsini saxlayır. Quru hava, kondisioner, tozlu mühit və ya soyuq hava kimi amillər burunun selikli qişasını quruda bilər. Fixsin burunun selikli qişasını nəmləndirərək quruluğun qarşısını alır və burnun içini sağlam saxlamağa kömək edir.
- Soyuqdəymə və Sinusit zamanı dəstək: Soyuqdəymə və sinusit zamanı burun tutulması, quruluq və qabıqlanma kimi problemlər yarana bilər. İzotonik dəniz suyu burnun içini təmizləyərək iltihabı aradan qaldırır və sağalma prosesini sürətləndirir.
- Burunun selikli qişasının quruluğunun və burun daxili qabıqlanmanın müalicəsi: İzotonik dəniz suyu burunun qabıqlanmanın qarşısını alır və burnun içini yumşaq bir şəkildə təmizləyir. Xüsusilə uzun müddətli burun tıxanıqlığı və tənəffüs çətinliyi olan xəstələrdə təsirli olur.
Göstərişlər:
- Gündəlik burun gigiyenası üçün;
- Zədələnmiş selikli qişanın epitelizasiyasını təmin etmək üçün (vazokonstriktorların istifadəsindən sonra);
- Əməliyyatdan sonra selikli qişanın epitelizasiyasını təmin etmək üçün;
- Tənəffüs yollarının tıxanması zamanı, virus mənşəli soyuqdəymələrdə və allergik asqırmalarda;
- Normal fizioloji funksiyası pozulmuş selikli qişanın quruması və qıcıqlanması zamanı;
- Mərkəzi istilik və ya kondisionerli otaqlarda qaldıqda burun boşluğunun quruması zamanı;
İstifadə qaydası:
Böyüklər və 4 yaşdan yuxarı uşaqlar: Gündə 1-2 dəfə.
Fixsin istifadə qaydası:
- Paketdəki tozu butulkaya boşaldın
- Butulkanı qayndaılmış (bədən temperaturunda olan) su ilə 240ml xəttinə qədər doldurun
- Butulkanın qapağını möhkəm bağlayın və tozun suda tam həll olunana qədər çalxalayın
- Butulkanın ucunu burun dəliyinə yaxınlaşdırın. Ağızla nəfəs alın
- Butulkanı yumşaq şəkildə sıxaraq məhlulun davamlı axınla buruna daxil olmasını və digər burun dəliyindən çıxmasını təmin edin.
- Yuyulmanı digər burun dəliyinə eyni qayda ilə təkrarlayın.
- Məhlulu udmayın.
- Yuyulma tamamlandıqdan sonra burunu yumşaq şəkildə təmizləyin.
- Artıq qalmış məhlulu atın.
Fixsin® yuma dəsti həm uşaqlar, həm də böyüklərin istifadəsi üçün uyğundur. Hamiləlik və laktasiya dövründə istifadə zamanı məhsulun heç bir yan təsiri qeydə alınmamışdır.
Buraxılış forması: 240ml-lik butulka və №15 saşedə toz. İstifadə təlimatı ilə birgə, karton qutu qablaşmada.
Tərkibi: 1 saşedə 2.15q natrium xlorid (0.9% mövcuddur. (Isotonic 0.9% Sodium chloride).
İstehsalçı: Solinea Sp. z.o.o. Elizowka 21-003 Ciecierzyn, Polşa Respublikası.
Qeydiyyat № 613/25 (Tarix:27.08.2025)

