Skip to content Skip to footer

Hypervag® (Vaginal şam)

22.90 

Categories: , Məhsul kodu: 26003

MƏHSUL HAQQINDA

10 ildən artıq Avropa bazarında satılan “Hypervag®” vaginal şam uzun illər labarator tədqiqatlardan keçərək ən yüksək səviyyədə müştərilərə təqdim olunur.

Hypervag® vaginal şamı uşaqlıq yolu selikli qişasının bakterial xəstəliklərinin profilaktikası və müalicəsində istifadə olunan tibbi vasitədir.

Hypervag® aşağıda göstərilən simptomların aradan qaldırılmasına və vaginal bölgənin pH səviyyəsini normallaşdırılmasına kömək edir:

-Vaginada Qaşıntı, Pis qoxu, Qızartı, Qıcıqlanma, Rəngli İfrazat və Quruluq zamanı;

-Vaginal infeksiya, göbələk, bakteriya zamanı;

-Bakterial Vaginoz, Kolpit və Servisit zamanı;

-Menopoz (vaginal quruluq, vaginanın selikli qişasının atrofiyası) və hormonal disbalansı zamanı;

-Menstruasiya dövründən sonra;

-Uşaqlıq yolunun və boynunun eroziyası zamanı;

-Vaginal bölgənin gigiyenası zamanı.

Tərkibi:

“Hypervag®”-ın tərkibi: Hypericum Perforatum Oil (Dazı otu), Alba (Arı mumu), Calendula Officinalis Oil (Gülümbahar), Biennis (Evening Primrose) Oil, Hydrogenated Coco – Glycerides, BHT (ionol).

Təbii yağlarla zənginləşdirilmiş Hypervag®  iltihab əleyhinə və təbii antiseptik təsir göstərir, həmçinin selikli qişanın epitelizasiyasını sürətləndir.

Hypericum perforatum (Dazı otu) – ən çox yayılmış dərman bitkisidir. Antibakterial, virus əleyhinə və göbələk əleyhinə təsir göstərən azsaylı bitkilərdən biri kimi xalq təbabətində geniş istifadə edilir. Dərinin və selikli qişanın iltihabına, epitelizasiyasına və vaginal infeksiyalara kömək edən hiperisin, taninlər və flavonoidlərlə zəngindir. “Hypervag®”- vaginal şamı təbii olaraq qırmızı rəngə malik standartlaşdırılmış St John’s wort ekstraktı istifadə edir və şamın rənginə təsir edə bilər.

Calendula Officinalis (Gülümbahar) – qədim zamanlardan dəri üzərində iltihab əleyhinə, antiseptik və müalicəvi xüsusiyyətləri ilə tanınan dərman bitkisidir. Gülümbahar çiçəklərindən əldə edilən tərkibində taninlər, efir yağları, likopen, karotenoidlər və minerallar var. Tərkibindəki aktiv maddələr sayəsində gülümbahar çiçəyinin yağı yaxşı epitelizator və antiseptik kimi dəri və selikli qişalarda iltihab və yaralar üçün istifadə olunur.

Oenothera Biennis Oil (Evening primrose) – müxtəlif dəri dəyişikliklərinə və yaraların sağalmasına müsbət təsiri ilə tanınır. Vaginal quruluq və qaşınmanın xoşagəlməz simptomlarının qarşısını almaq və yüngülləşdirmək üçün istifadə olunan doymamış yağ turşularının – sis-linolenik (70% -ə qədər) və qamma-linolenik (15% -ə qədər) mühüm mənbəyidir.

 

İstifadə qaydası və dozası:

İstifadə etməzdən əvvəl intim bölgəni və əlləri yuyun. Şamı qutusundan çıxarın, sonra tətbiqini asanlaşdırmaq üçün onu plastik qablaşması ilə birgə bir az isti suda isladın.

Axşam yatmazdan əvvəl 1 şamı vajinaya dərinə yeridin, uzanıqlı vəziyyətdə edilməsi tövsiyə olunur.

Ehtiyac olduqda şamdan gündə 2 dəfə, səhər və axşam 1 şam istifadə edilə bilər.

Tövsiyə olunan istifadə müddəti 7-14 gündür.

Əks göstərişləri: Məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı individual həssaslıq.

Əlavə təsirləri: Allergik reaksiyalar.

Buraxılış və qablaşdırma forması: Vaginal şam blisterdə, karton qutu qablaşmada №7.

 

Vaginal kandidoz vaginal bölgədə rast gəlinən ən çox xəstəliklərdəndir. Qadınların 80%-i həyatları boyunca ən azı bir dəfədə olsa Vaginal kandidoz xəstəliyinə yoluxurlar.

Vaginal kandidoz xəstəliyinin simptomları:

✅Qaşıntı: Vaginal bölgədə şiddətli qaşıntı, vaginal kandidozun çox rast gəlinən simptomudur.

✅Yanma Hissi: Vaginada yanma hissi, xüsusilə sidik çıxararkən və ya cinsi əlaqə zamanı.

✅Vaginal Axıntı: Əsasən ağ, sarımtıl rəngli bir axıntı görünə bilər. Axıntı əsasən qoxusuzdur, bəzən xüsusi qoxu ola bilər.

✅Qızarıqlıq və şişkinlik: Vaginal bölgədə qızarıqlıq və şişkinlik görülə bilər.

✅Ağrı: Cinsi əlaqə zamanı və ya sidik çıxarırkən ağrı hissi ola bilir.

✅Vaginal (Genital) Bölgədə Diskomfort: Vaginal (Genital) bölgədə səbəbsiz diskomfort və ağrı hissinin olması.

 

Himmel Group LLC (VÖEN 1007153531)

“Himmel Group” MMC 2021-ci ildə Bakı şəhərində, Azərbaycanda yaradılıb. Şirkətin əsas fəaliyyəti təcrübələr və yeni dövr səhiyyə metodikalarından yararlanaraq ölkəmizə dünya keyfiyyət standartlarına (GMP, ISO, HACCP və s.) cavab verən Bioloji Aktiv Qida Məhsulları, tibbi vasitə və dərman vasitələrinin idxalı və marketinqinin təşkilindən ibarətdir.

Himmel Group LLC© 2025. Bütün hüquqlar qorunur.