MƏHSUL HAQQINDA
Melatosan® – gündəlik yuxu dəstəyi üçün melatonin damcısı
- Serbiya Respublikasının uzun illər Avropa bazarında özünü doğrultmuş keyfiyyətli istehsalı.
- Şəkərsiz və alkoqolsuz.
- Sürətli təsir göstərən formula.
- Xoş təbii portağal dadlı.
- Dəqiq tətbiq üçün dozaj pompası.
Melatonin nədir?
Melatonin beyində yerləşən epifiz vəzisi tərəfindən təbii şəkildə istehsal olunan hormondur. Bu hormon bədənin yuxu-oyanma ritminin tənzimlənməsində əsas rol oynayır, orqanizmə nə zaman yatmaq, nə zaman oyanmaq vaxtının gəldiyini bildirir. Axşam saatlarında bədənin melatonin səviyyəsi təbii olaraq artır və bu da yuxuya getməni təşviq edir. Səhər saatlarında isə işıq artdıqca bu səviyyə azalır. TV və telefon ekranlarından yayılan mavi işıq və stress orqanizmin təbii melatonin istehsalını azaldır. Bu da yuxu rejiminin pozulmasına və yuxusuzluğa səbəb olur. Əlavə olaraq qəbul edilən melatonin yuxuya getməni sürətləndirir və ümumi yuxu keyfiyyəti və müddətini yaxşılaşdırır (xüsusilə təbii ritm pozulduqda).
Yuxusuzluğun əsas səbəbləri:
- Ekran işığı (telefon, planşet, kompüter)
- Stress və gərginlik
- Qeyri-sabit yuxu rejimi
- Səyahət və jet lag
- Yaş artdıqca bədəndə melatonin istehsalının azalması.
Sublinqval (dil altı) tətbiq üsulu melatoninin qana daha sürətli sovrulmasına imkan verir və nəticədə yuxuya getməyə daha tez təsir göstərir. Melatosan® yuxu dermani fərqli olaraq təbii tərkiblidir və əks təsiri yoxdur.
İstifadə qaydası və dozalanma:
Böyüklər: gündə bir dəfə yatmazdan əvvəl 2 damcı dilin altına. 2 damcıda 1 mq Melatonin var. Ehtiyac olduqda 6 və 8 damcıya qədər istifadə etmək olar.
İstifadə üzrə göstərişlər:
- Kəskin və ya xroniki yuxusuzluqdan əziyyət çəkənlər üçün;
- Yuxu ritmi pozulmuş şəxslər üçün (növbəli iş rejimi, stress, nizamsız qrafik səbəbilə);
- Saat qurşağı fərqi olan bölgələrə səyahət zamanı (jet lag).
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.
Bioloji Aktiv Qida Məhsuludur. Dərman vasitəsi deyildir
Qeydiyyat nömrəsi: MQ-05-000764