MƏHSUL HAQQINDA
10 ildən artıqdır ki, Avropa bazarında satılan “Propomint” öskürək siropu laborator tədqiqatlardan keçərək uzun illərdir ki, ən yüksək səviyyədə müştərilərə təqdim olunur.
Propomint® sirop – təbii mənşəli aktiv maddələrin birləşməsi əsasında hazırlanmışdır. Tərkibində standartlaşdırılmış propolis ekstraktı, sarmaşıq (Ivy) və kəklikotu (Thymus) ekstraktları, eləcə də C vitamini və Bal (Honey) mövcuddur. Bu komponentlər birlikdə orqanizmin müdafiə qabiliyyətini artırır, tənəffüs yollarını zərərli mikroorqanizmlərdən qoruyur və öskürəyi yüngülləşdirir.
Tərkibi:
- Standartlaşdırılmış Propolis Ekstraktı – təbii antibakterial və antiviral xüsusiyyətlərə malikdir, boğaz və tənəffüs yollarını qoruyur.
- Sarmaşıq (Ivy) Ekstraktı – bəlğəmgətirici və yumşaldıcı təsir göstərir, öskürəyi azaldır
- Kəklikotu (Thyme) Ekstraktı – tənəffüs yollarının iltihabını azaldır, nəfəs almanı rahatlaşdırır.
- Vitamin C – immun sistemini gücləndirir, antioksidant təsir göstərir və orqanizmin bərpa prosesini dəstəkləyir.
- Bal (Honey) – boğaz selikli qişasını örtərək onu yumşaldır, qıcıqlanmanı azaldır, təbii antiseptik təsir göstərir və xoş dadı ilə qəbulunu asanlaşdırır.
Göstərişlər:
📌Tənəffüs yollarının iltihabı, öskürək və boğaz ağrısı zamanı;
📌Soyuqdəymə və mövsümi infeksiyaların qarşısını almaq üçün;
📌Boğazın quruluğu, qıcıqlanması və səs tutulması hallarında;
📌Aşağı və yuxarı tənəffüs yollarının təmizlənməsini və selik ifrazını asanlaşdırmaq üçün;
📌İmmun sistemin möhkəmləndirilməsi məqsədilə.
Təsir mexanizmi:
Propolis ekstraktı təbii flavonoidlər və fenolik birləşmələrlə zəngindir. Bu maddələr bakteriyaların çoxalmasını əngəlləyir, selikli qişada qoruyucu təbəqə yaradır və mikrobların yapışmasını azaldır. Sarmaşıq ekstraktı bronxial sekresiyanı artıraraq bəlğəmin çıxmasını asanlaşdırır, öskürək refleksini yumşaldır. Kəklikotu ekstraktı tərkibindəki timol və karvakrol sayəsində güclü antiseptik və spazmolitik təsir göstərir. Bal selikli qişa üzərində qoruyucu və nəmləndirici təbəqə yaradır, boğazdakı qıcıqlanmanı azaldır və səsin bərpasını asanlaşdırır. Tərkibindəki təbii fermentlər və antioksidantlar bakterial aktivliyi azaldır, təbii şəfa prosesini sürətləndirir. Vitamin C isə antioksidant mexanizmlə hüceyrə müdafiəsini gücləndirir, infeksiya zamanı yaranan sərbəst radikalları zərərsizləşdirir və bərpanı sürətləndirir.
İstifadə qaydası:
6-12 yaşarası uşaqlar 5ml (1 çay qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər 15ml (yemək qaşığı) gündə 3 dəfə.
Bioloji Aktiv Qida Məhsuludur. Dərman vasitəsi deyildir
Qeydiyyat nömrəsi: MQ-05-001551

