Skip to content Skip to footer

Salvi Panten (boğaz spreyi)

18.00 

Categories: , , , Məhsul kodu: 26195

MƏHSUL HAQQINDA

10 ildən artıqdır ki, Avropa bazarında satılan “Salvi Panten” boğaz spreyi laborator tədqiqatlardan keçərək uzun illərdir ki, ən yüksək səviyyədə müştərilərə təqdim olunur.

Salvi Panten boğaz spreyi – təbii mənşəli aktiv maddələrin birləşməsi əsasında hazırlanmışdır. Tərkibində: Adaçayı yarpağı ekstraktı traktı (Salvie Dry Extract), Pantenol (Panthenol), Hialuron turşusu (Hyaluronic acid) və Bal (Honey) mövcuddur. Bu komponentlər birlikdə boğazın seliklik qişasının qıcıqlanmasının, quru öskürəyin və səs batmasının qarşısını alır.

Tərkibi:

  • Adaçayı yarpağı ekstraktıtraktı: yuxarı tənəffüs yollarının düzgün işləməsinə və immunitet sisteminin normal fəaliyyətinə kömək edir.Antimikrob və iltihab əleyhinə təsirləri sayəsində adaçayı yarpağı ekstraktı ağız və faringeal selikli qişaların infeksiyalarına və iltihablarına (stomatit, faringit, laringit, gingivit) faydalı təsir göstərir. Adaçayının bioloji aktiv komponentləri quru, qıcıqlandırıcı öskürəyi sakitləşdirir.
  • Pantenol: Zədələnmiş və qıcıqlanmış ağızın selikli qişasının və diş ətlərinin bərpasını stimullaşdırır və orofarenks qişasının iltihabı və səs batıqlığı simptomlarını aradan qaldırır.
    Antioksidant, iltihab əleyhinə və antiviral təsirlərə malikdir.
  • Hialuron turşusu: Ağız boşluğunun selikli qişasında təbii qoruyucu təbəqə əmələ gətirir və bununla da ağrını və boğazda qaşınma hissini aradan qaldırmağa kömək edir. Təbii regenerasiya prosesini təşviq edərək qoruyucu bir baryer yaratmaqla sakitləşdirir.

Göstərişlər:
📌Boğazda ağrı, qızartı, qıcıqlanma və qaşıntı;;
📌Quru öskürək və səs batması zamanı;
📌Faringit, Laringit, gingivit və tomatit zamanı;
📌Soyuqdəymə və qrip zamanı;
📌Qıcıqlanmış və ya qurumuş boğazın selikli qişasının bərpası üçün.

Təsir mexanizmi: Salvi Panten boğaz spreyi boğazın selikli qişasına çoxşaxəli təsir göstərərək həm qoruyucu, həm bərpaedici, həm də sakitləşdirici effekt yaradır. Sprey tətbiq edildikdən sonra aktiv komponentlər boğaz səthində nazik qoruyucu təbəqə əmələ gətirir və qıcıqlanmış sahələrə birbaşa təsir edir.

1. Qoruyucu baryer və nəmləndirmə təsiri
Hialuron turşusu və bal boğazın selikli qişasında uzunmüddətli nəmləndirici və qoruyucu örtük yaradır. Bu örtük qıcıqlandırıcı faktorların (soyuq hava, quru mühit, mikroorqanizmlər, toz və s.) selikli qişaya birbaşa təsirinin qarşısını alır, qaşınma və yanma hissini azaldır.

2. İltihab əleyhinə və antimikrob təsir
Adaçayı yarpağı ekstraktı bioloji aktiv maddələrlə zəngin olub bakteriya və virusların çoxalmasını zəiflədir, iltihab mediatorlarının aktivliyini azaldır. Bunun nəticəsində qızartı, şişkinlik və ağrı azalır, infeksion proseslərin inkişafı ləngiyir.

3. Selikli qişanın bərpası və regenerasiya
Pantenol (provitamin B5) hüceyrələrin yenilənməsini stimullaşdırır, zədələnmiş epitelin bərpasını sürətləndirir və mikroçatların sağalmasına kömək edir. Bu, xüsusilə quru öskürək və səs tellərinin yüklənməsi nəticəsində yaranan qıcıqlanmalarda mühüm rol oynayır.

4. Sakitləşdirici və öskürək əleyhinə təsir
Komponentlərin sinergetik təsiri boğaz reseptorlarının həddindən artıq həssaslığını azaldır, quru və qıcıqlandırıcı öskürək refleksini zəiflədir və səs batmasının azalmasına kömək edir.

İstifadə qaydası:
6-12 yaşarası uşaqlar 1-2 püskürtmə gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər 2-3 püskürtmə gündə 3 dəfə.

 

Bioloji Aktiv Qida Məhsuludur. Dərman vasitəsi deyildir

Qeydiyyat nömrəsi: MQ-05-000763

Himmel Group LLC (VÖEN 1007153531)

“Himmel Group” MMC 2021-ci ildə Bakı şəhərində, Azərbaycanda yaradılıb. Şirkətin əsas fəaliyyəti təcrübələr və yeni dövr səhiyyə metodikalarından yararlanaraq ölkəmizə dünya keyfiyyət standartlarına (GMP, ISO, HACCP və s.) cavab verən Bioloji Aktiv Qida Məhsulları, tibbi vasitə və dərman vasitələrinin idxalı və marketinqinin təşkilindən ibarətdir.

Himmel Group LLC© 2026. Bütün hüquqlar qorunur.