MƏHSUL HAQQINDA
Tərkibi:
Tiokt (alfa–lipoy) turşusu – koferment xüsusiyyətlərinə malik vitaminǝbənzər endogen antioksidantdır. Orqanizmdə alfa ketoturşuların oksidləşdirici dekarboksilləşməsi zamanı yaranır. Qan plazmasında qlükozanın azalmasına və qaraciyərdə qlikogenin konsentrasiyasının artmasına səbəb olur, həmçinin insulinə rezistentliyi azaldır. Karbohidrat və lipid mübadiləsinin tənzimlənməsində iştirak edir, xolesterin mübadiləsini stimulə edir. Özünün antioksidant xüsusiyyətləri hesabına tiokt turşusu hüceyrələrin parçalanma məhsulları tərəfindən zədələnməsindən qoruyur, şəkərli diabet zamanı sinir hüceyrələrində zülalların proqresivləşən qlikozillaşma son məhsullarının yaranmasını azaldır. Mikrosirkulyasiya və endonevral qan axınını yaxşılaşdırır, hipoksiya və işmiyanı azaldır. Paresteziya, yanma hissi, ətrafların keyləşməsi və ağrısı şəklində təzahür edən polineyropatiyanın simptomlarını zəiflədir. Güclü antioksidant olan endogen glutationun miqdarını artırır. Qan plazmasında qlukozanın miqdarının azalmasına səbəb olmaqla, şəkərli diabet zamanı qlukozanın alternativ metabolizminə təsir göstərir, patoloji metabolitlarin toplanmasını azaldır. Yağların metabolizmində iştirak etməsi hesabına Tiokt turşusu fosfolipidlərin biosintezini artırır, bunun hesabına zədələnmiş hüceyrə membranının strukturunu yaxşılaşdırır, enerji mübadiləsini və sinir impulslarının ötürücülüyünü normallaşdırır. Tiokt turşusu alkoqol metabolitlərinin (asetaldehid, piroüzüm turşusu) toksiki təsirini aradan qaldırır, sərbəst oksigen radikallarının yaranmasını azaldır.
Göstərişlər:
- Şəkərli diabet, hiperqlikemiyanın kompleks müalicəsi zamanı,
- Diabetik va alkoqol polineyropatiyası,
- Qanda xolesterin və triqliseridlarin yüksək olması,
- Müxtəlif toxumalarda (həmçinin sinir va miokard) metabolik
- proseslərin zəifləməsi zamanı,
- Qaraciyərin piy distofiyası, steatohepatit